
"Qarabağ"da daha bir ayrılıq baş verməyə yaxındır.
Apasport.az saytının əldə etdiyi məlumata görə, Redon Cica komandanı tərk etmək üzrədir.
O, ən gec halda mövsümün sonunda klubla yollarını ayıracaq. Buna səbəb albaniyalı futbolçunun "Qarabağ"da xoşbəxt olmamasıdır.
Hücumçu az forma şansı qazanmasından narazıdır. Adının Avropa Liqasının işirak ərizəsinə salınmamasından sonra onun qərarı daha da qətiləşib.
Hazırda ölkəsinin klublarından təklifləri olan Cica böyük ehtimalla mövsümün sonunu gözləyəcək.
Qeyd edək ki, forvard "Qarabağ"a 2023-cü ilin yanvarında qoşulub. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədərdir.
- APOEL qiymət yüksəltdi - "Qarabağ" transferdən imtina etdi
- "Traktor"un oyunları bu kanalda yayımlanacaq
- "Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
- Elçin Məsiyev: "UEFA Hakimlər Komitəsini təəccübləndirdik"
- Jurnalistlərdən ibarət komanda "Star Cup Azerbaijan - Ulduzlar Liqası"nın qalibi olub - FOTO