I Liqa: Favoritlərdən inamlı qələbələr
24.09.2025 - 17:44
I Liqa: Favoritlərdən inamlı qələbələr

Futbol üzrə Azərbaycan I Liqasında III tura start verilib.

Apasport.az xəbər verir ki, bu günə nəzərdə tutulan 3 matçdan ikisi başa çatıb.

"Şəfa" "Cəbrayıl"dan güclü olub - 3:0. "Mingəçevir" isə "Difai"yə şans tanımayıb - 2:0.

Qeyd edək ki, günün son matçında "Səbail" "Şahdağ Qusar"ı qəbul edəcək.