I Liqa klubunda 3 yeni təyinat - RƏSMİ
15.08.2026 - 14:23
I Liqa klubunda 3 yeni təyinat - RƏSMİ

I Liqa təmsilçisi “Zaqatala”da yeni təyinatlar baş tutub.

Apasport.az xəbər verir ki, baş məşqçi Raqif Əliyevin köməkçiləri müəyyənləşib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Vüsal Uluxanov və Firuddin Mövsümov mütəxəssisin köməkçiləri olacaq. Sərdar Sərdari isə qapıçılar üzrə məşqçi təyin edilib.