I Liqa klubunda ayrılıq
07.08.2025 - 15:57
I Liqa klubunda ayrılıq

I Liqa təmsilçisi “Difai”də növbəti ayrılıq yaşanıb.

Apasport.az xəbər verir ki, Yaqub Yusubov komandanı tərk edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, "Difai"də daha öncə Murad Şirinov, Seymur Rəhimov, Ceyhun Muxtarlı, Ömər Məmmədzadə, Rəvan Əvəzov, Riad Abbaszadə, Əbil Əbilov, Mahir Həsənov, Seymur Əliyev, Xəyyam Məmmədli və Arzu Atakişiyev komandadan ayrılıb.