I Liqa klubunda yeni müqavilə - RƏSMİ
30.06.2026 - 18:23
I Liqa klubunda yeni müqavilə - RƏSMİ

“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda son olaraq “Mingəçevir”də çıxış etmiş Kənan Quliyevi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Kənan Quliyev əvvəlki illərdə də “Səbail”in şərəfini qoruyub.