I Liqa klubunun futbolçusu mükafatlandırılıb
22.11.2025 - 15:46
I Liqa klubunun futbolçusu mükafatlandırılıb

I Liqada “Ayın qolu” layihəsi çərçivəsində “Şəfa” futbol klubunun üzvü Nihad Quliyev mükafatlandırılıb.

Apasport.az xəbər verir ki, oktyabr ayının ən yaxşı qolunun müəllifinə Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev mükafatı təqdim edib.

Mükafat VIII turun “Şəfa” – “Difai” qarşılaşmasından əvvəl futbolçuya verilib.