Futbol üzrə Azərbaycan I Liqasında XV tura yekun vurulub.
Apasport.az xəbər verir ki, bu gün üç qarşılaşma baş tutub.
Lider "Şəfa" "Mingəçevir"lə üz-üzə gəlib. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib. Görüş 2:2 hesablı heç-heçə ilə baş çatıb.
"Şahdağ Qusar" isə səfərdə "Şimal"ı minimal hesabla məğlub edib - 1:0.
I Liqa, XV tur
19 fevral
"Şəfa" - "Mingəçevir" 2:2
Qollar: N.Əliyev, 2, E.Zamanov, 8 (pen) - C.Cəbrayılov, 63, T.Fərmanov, 90+4
Qırmızı vərəqə: V.Həsənov, 83
"Şimal" - "Şahdağ Qusar" 0:1
Qol: V.Əliyev, 40
Qırmızı vərəqə: V.Əliyev, 65
"Zaqatala" - "Difai" 2:1
Qollar: K.Qardaşlı, 61, 65 - V.Ondo, 12