I Liqada günün oyunları
12.03.2026 - 09:24
I Liqada günün oyunları

Futbol üzrə Azərbaycan I Liqasında XVIII tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün daha 3 matç keçiriləcək.

"Şahdağ Qusar" MOİK-lə qarşılaşacaq.

"Difai" "Bakı Sportinq"i, "Mingəçevir" isə "Səbail"i qəbul edəcək.

Qeyd edək ki, turun ötən gün keçirilən matçında "Şəfa" "Şimal"ı məğlub edib - 2:0.

12 mart (cümə axşamı) 

15:00. “Şahdağ Qusar” – MOİK
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Elçin Abdullayev
Şamaxı OİK stadionu

15:00. “Difai” – “Baku Sportinq” 
Hakimlər: Nicat İsmayıllı, Orxan İbişov, Sənan Atayev, Niyaz Əhmədov
Ağsu şəhər stadionu

15:00. “Mingəçevir” – “Səbail”
Hakimlər: Əli Əliyev, Vüqar Bayramov, Ruslan Babayev, Şamil İmanzadə
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)