İdmançılarımızın medallarının korlanması ilə bağlı BOK-a müraciət olunacaq
20.01.2025 - 13:46
İdmançılarımızın medallarının korlanması ilə bağlı BOK-a müraciət olunacaq

"Məsələ ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət olunacaq".

Bunu apasport.az-a açıqlamasında Milli Olimpiya Komitəsinin mətbuat katibi Murad Fərzəliyev deyib. 

Qurum rəsmisi Paris-2024 Yay Olimpiya Oyunlarında medalları korlanan mükafatçıların problemləri barəsində ətraflı araşdırmalar aparıldığını bildirib: 

"Hələ ki, iki idmançımızın medallarında bu problem aşkarlanıb. Araşdırmaların nəticələrindən sonra məsələ aydınlaşdırılacaq və BOK-a müraciət olunacaq".

Qeyd edək ki, ötən il Fransanın paytaxtı Parisdə baş tutan Yay Olimpiya Oyunlarında mükafatçılar sırasına düşən Həsrət Cəfərovun bürünc, Qaşım Maqomedovun isə gümüş medalı keyfiyyətini itirib. 

Nərmin Vüqarqızı

0