II Liqa: “Xankəndi” və “Qaradağ Lökbatan”dan darmadağın
07.04.2026 - 18:52
II Liqa: “Xankəndi” və “Qaradağ Lökbatan”dan darmadağın

Futbol üzrə Azərbaycan II Liqasında XXI tur davam edir.

Apasport.az xəbər verir ki, ikinci oyun gününə 3 matç keçirilib. 

Lider "Xankəndi" "Şirvan"ı, 2-ci yerdəki "Qaradağ Lökbatan" "Dinamo"nu darmadağın edib.

"Şəmkir" isə səfərdə "Kür-Araz"a minimal hesabla məğlub olub - 0:1

7 aprel (çərşənbə axşamı)

15:00. “Dinamo” – “Qaradağ Lökbatan” 0:5
Binə qəsəbə stadionu

16:00. “Şirvan” – “Xankəndi” 1:5
Şirvan OİK stadionu

16:00. “Kür-Araz” – “Şəmkir” 1:0
Heydər Əliyev adına İmişli şəhər stadionu