Bu gün futbol üzrə Azərbaycan II Liqasında 2026-2027-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, Peşəkar Futbol Liqasının inzibati binasında təşkil olunan tədbirdə PFL-in texniki-idman direktoru Elgiz Abbasov, media və marketinq direktoru Sənan Abdullayev, yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev, komandaların nümayəndələri iştirak ediblər.
12 komandanın iştirakı ilə 6-lıq sistemlə keçiriləcək turnirdə I və II dövrənin püşkü atılıb.
1 sentyabr tarixində start götürəcək yeni mövsümün I turunda üz-üzə gələcək komandalar aşağıdakı kimidir:
I tur
“Qaradağ Lökbatan” – “Hypers“
“Şirvan” – “Kür-Araz”
“Sheki City” – “Ağdaş”
“Şəmkir” – “Marafon”
“Difai” – “Dinamo”
“Zəngəzur” – “Ağstafa Gəncləri”