II Liqada XVI tura yekun vuruldu
04.03.2026 - 18:47
II Liqada XVI tura yekun vuruldu

Futbol üzrə Azərbaycan II Liqasında XVI tura yekun vurulub.

Apasport.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutub.

"Dinamo" "Şirvan"ı qəbul edib. Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Dinamo" 19 xalla turnir cədvəlinin 7-ci, 26 xalı olan "Şirvan" isə 6-cı pilləsində qərarlaşıb.

II Liqa
XVI tur
"Dinamo" - "Şirvan" 3:1
Qollar:
 V.Seyidov, 33-p. Ə.Abbasov, 54, Y.Qarayev, 90+1 - Ü.Quliyev, 16