III MDB Oyunları: Azərbaycan çövkən üzrə millisi yarışa inamlı qələbə ilə başladı
28.09.2025 - 14:02

Bu gün Şəki Şəhər Stadionunda III MDB Oyunları çərçivəsində çövkən üzrə yarışlarına start verilib.
Apasport.az xəbər verir ki, turnirin açılış oyununda Azərbaycan millisi Qırğızıstan yığmasını 4:0 hesabı ilə məğlub edib.
Çövkən üzrə turnirdə 6 komanda iştirak edir. A qrupunda Azərbaycan, Qırğızıstan və Küveyt, B qrupunda isə Özbəkistan, Qazaxıstan və Türkiyə yer alıb.
Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala yüksələcəklər.
Azərbaycan millisi növbəti oyununu sentyabrın 30-da Küveytə qarşı keçirəcək.
0
0