İmad Faraj: "Avrokuboklara 100 faiz gedəcəyik"
11.02.2026 - 14:28
İmad Faraj: "Avrokuboklara 100 faiz gedəcəyik"

"Avrokuboklara 100 faiz gedəcəyik. Mən buna inanıram".

Bu sözləri Apasport.az saytına açıqlamasında İmad Faraj deyib.

"Neftçi"nin hücumçusu "Qəbələ" ilə matçı dəyərləndirib: "Maraqlı oyun oldu. Görüşün ilk hissəsinə yaxşı başladıq. Lakin ikinci yarıda bir qədər çətinliklə üzləşdik. Rəqibin oyun tərzi bizi daha müdafiəmeylli oynamağa vadar etdi. Amma əsas nəticədir. Görüşü qalib bitirdik və aktivimizə daha üç xal yazdıq".

O, Yuri Vernibudun gəlişi ilə komandada çox şeyin dəyişdiyini vurğulayıb: "Hazırda bizə qələbələr lazımdır. Baş məşqçinin gəlişindən sonra çox çalışırıq. Əlavə məşqlər edirik. Əsasən boşluqlarımızı doldurmağa çalışırıq. Statistikalara baxsanız, bu yüksəlişi görəcəksiniz".

Qeyd edək ki, "Neftçi" - "Qəbələ" matçı meydan sahiblərinin qələbəsi ilə nəticələnib - 1:0.

İSRAYIL XEYRULLAYEV