“İmişli”dən növbəti transfer
21.08.2025 - 21:22
“İmişli”dən növbəti transfer

"İmişli" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Premyer Liqanın debütantı Xəlil Mürsəllini rənglərinə bağlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Xəlil Mürsəlli “Sabah”ın əvəzedici heyətindən “İmişli”yə qoşulub.