“İmişli”nin futbolçusu əməliyyat olunub
27.10.2025 - 19:21
"İmişli"nin futbolçusu Vüsal Qənbərov bu gün əməliyyat olunub.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyat uğurla həyata keçirilib, 22 yaşlı yarımmüdafiəçinin vəziyyəti stabil və qənaətbəxşdir.
Vüsal Qənbərov hazırda klubun tibbi heyətinin nəzarəti altındadır və yaxın günlərdə reabilitasiya mərhələsinə başlayacaq.
Qeyd edək ki, azərbaycanlı oyunçunun “Kəpəz”lə oyunda qamış və incik sümükləri sınmışdı.
0
0