İmmobile ilk oyunda zədələndi
25.08.2025 - 22:08
İmmobile ilk oyunda zədələndi

İtaliyanın "Bolonya" klubunun heyətində ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisinin hücumçusu Ciro İmmobile sıradan çıxıb.

36 yaşlı forvard A Seriyasının 1-ci turunun "Roma" ilə matçında (0:1) ayaq əzələsindən zədələnib. İtaliya millisinin sabiq üzvü 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Ciro İmmobile yay fasiləsində "Beşiktaş"dan ayrıldıqdan sonra azad agent statusu ilə "Bolonya"ya qoşulub.