İrlandiya klubunun futbolçusu: "Futbolda hər şey ola bilər"
29.07.2025 - 19:36
İrlandiya klubunun futbolçusu: "Futbolda hər şey ola bilər"

"Şelburn"un (İrlandiya) futbolçusu Conatan Lunney UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunundan öncə mətbuat konfransında çıxış edib. 

Apasport.az xəbər verir ki, o, Bakıdakı qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib:

"Qarabağ"ın gücünü bilirdik. Onlara qarşı qarşılaşmanın çətin keçəcəyini bilirdik. Futbolda hər şey ola bilər. Sabahkı qarşılaşmada qələbə qazanmaq istəyirik".