Hazırda davam edən VI İslam Həmrəyliyi Oyunlarında medal sıralaması yenilənib.
Apasport.az xəbər verir ki, Türkiyə turnir cədvəlinin zirvəsində qərarlaşıb.
Qardaş ölkə idmançıları yarış boyunca 43 qızıl, 14 gümüş və 11 bürünc olmaqla ümumilikdə 68 medal qazanıblar.
İkinci yeri Misir tutub - afrikalılar 10 qızıl, 6 gümüş və 11 bürünc medalla 27 medal toplayıblar. Üçüncü pillədə isə Özbəkistan qərarlaşıb. Mərkəzi Asiya təmsilçisi 9 qızıl, 16 gümüş və 9 bürünc medalla 34 medal əldə edib.
Azərbaycan komandası isə sıralamada 7-ci yerdə yer alıb. İdmançılarımız 4 qızıl, 9 gümüş və 16 bürünc medalla ümumilikdə 29 medal toplayıblar.