İslam Oyunları: Güləşçilərimiz mübarizəyə başlayır
18.11.2025 - 09:38
İslam Oyunları: Güləşçilərimiz mübarizəyə başlayır

Azərbaycanın yunan-Roma güləşçiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün mübarizəyə başlayacaq.

Apasport.az xəbər verir ki, Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (77 kq) və İslam Abbasov (87 kq) xalça üzərinə çıxacaqlar.

3x3 basketbol üzrə Azərbaycan millisi isə qrup mərhələsindəki üçüncü matçında Fildişi Sahili seçməsi ilə üz-üzə gələcək.

Paraatlet Samir Nəbiyev (F57) disk atmada, atletlərdən Nazim Babayevlə Rüstəm Məmmədov üçtəkanla tullanmada, Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçışda, Əlhəm Nağıyev 200 metr məsafəyə qaçışda, İsmayıl Əliyev isə nüvə atmada uğur qazanmağa çalışacaqlar.

Qılıncoynatmanın şpaqa növündə Aynur Quliyeva və Nəzrin Mehdiyeva mübarizə aparacaqlar.