Jorj Kaşkilya: “Əsas məqsədimiz budur”
14.08.2025 - 00:28

“Çempionluq uğrunda mübarizə aparan güclü və təcrübəli bir rəqiblə qarşılaşacağımızı bilə-bilə, ilk oyuna yüksək motivasiya, inam və ambisiya ilə çıxacağıq”.
Apasport.az xəbər verir ki, bu sözləri “İmişli”nin baş məşqçisi Jorj Kaşkilya deyib.
O, klubun mətbuat xidmətinə açıqlamasında komandanın məqsədini söyləyib: “Əsas məqsədimiz çempionatı stabil və problemsiz keçirmək, aşağı liqa zonasından uzaq qalmaqdır.”
Qeyd edək ki, "İmişli" Misli Premyer Liqasının I turunda “Turan Tovuz”la qarşılaşacaq.
0
0