Jose Mourinyo 7 futbolçunu birdən qovur
27.12.2024 - 16:51

Türkiyə Super Liqası təmsilçilərindən “Fənərbaxça” 7 futbolçu ilə yollarını ayıracaq.
Apasport.az xəbər verir ki, klub Cengiz Ünder, Samet Akaydın, Levent Mercan, Bartuğ Elmaz, Serdar Aziz, Burak Kapacak və Allan Sen Maksimenlə müqaviləni ləğv edəcək.
Buna səbəb “sarı-lacivərdlilərin” baş məşqçisi Jose Mourinyonun bu futbolçuların sərgilədiyi çıxışlardan məmnun olmamasıdır.
Qeyd edək ki, 16 turu geridə qalan Türkiyə Super Liqasında “Fənər” 36 xalla turnir cədvəlinin 2-ci sırasında qərarlaşıb.
- AFFA rəsmiləri Qazaxıstan Futbol Federasiyasının inzibati binasında olublar
- “Araz-Naxçıvan” iki futbolçu ilə yeni müqavilə imzalayıb
- Slavik Alxasov: "Qərar verilib, bununla barışmalıyıq"
- Murad Musayev: "Bu heyətlə Premyer Liqada oynamaq çətindir"
- "Turan Tovuz" onunla yeni müqavilə imzaladı: Daha 1 il
0
0