Xəbər verdiyimiz kimi, La Liqa təmsilçilərindən "Sevilya" "Qarabağ"ın hücumçusu Olaviyo Juninyo üçün Ağdam klubuna rəsmi təklif göndərib.
Apasport.az xəbər verir ki, 28 yaşlı braziliyalı ilk dəfə La Liqa klubundan aldığı təklif barəsində açıqlama verib:
"Hazırda bu barədə çox danışa bilmərəm. Çünki məndən əvvəl klubum var. Bu, təkcə məndən asılı olan məsələ deyil".
Xatırladaq ki, ilkin mərhələdə Ağdam təmsilçisi ispanlar tərəfdən təklif olunan məbləğin onları qane etmədiyinə dair qarşı tərəfə cavab verib. Hazırda danışıqlar prosesi ikinci mərhələdədir.
Qeyd edək ki, 2023-cü ilin yayında Ağdam klubuna keçən Juninyonun "Qarabağ"la müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq.
- “Zirə”nin qapıçısı çempionatda 100-cü oyununu keçirib
- Ayxan Abbasov: "Qəbələ"nin Premyer Liqanı tərk etməsi sürpriz oldu"
- Vasili Berezutski: "Şamaxıda oynamaq çox çətindir"
- "Şamaxı" "Sabah"ı əliboş yola saldı - YENİLƏNİB
- Qismət Alıyev: "Araz-Naxçıvan" və "Turan Tovuz"un ilk "3-lük"də olması təsadüf deyil"