Daha öncə qeyd etdiyimiz kimi, “Qarabağ”ın futbolçusu Olavio Juninyo komandanı tərk etməyə yaxındır.
Apasport.az xəbər verir ki, o, karyerasını İspaniyada davam etdirə bilər.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Belə ki, braziliyalı hücumçunun xidmətində “Sevilya” maraqlıdır.
Pireney yarımadasının məşhur "AS" nəşri La Liqa təmsilçisinin baş məşqçisi Xavyer Qarsia Pimentenin keçidi şəxsən istədiyini yazıb.
“Sevilya” Juninyoya rəsmi təklif göndərib. Forvard bu keçidə razılıq verib. Ağdamlılar futbolçu ilə yollarını ayırmaq istəməsə də, keçidə müsbət yanaşır.
"Qarabağ"ın bu transferdən 5 milyon avro qazanacağı bildirilir.
Qeyd edək ki, Juninyo Premyer Liqada keçirdiyi 47 matçda 23 qol vurub.