“Sumqayıt” 2022/23 mövsümü öncəsi ilk əcnəbi transferini reallaşdırıb.
Apasport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi bunu xüsusi videoçarxla təqdim edib.
“Kimyaçılar” Kabo-Verde millisinin sağ cinah müdafiəçisi Stiven Pereyranı transfer etdiyni bəyan edib. Niderland əsilli 28 yaşlı oyunçu artıq yeni komandasının formasında təqdim olunub. O, "kimyaçılar"la 2+1 illik müqavilə bağlayıb. Pereyra "Sumqayıt"da 5 nömrəli formanı geyinəcək.
“Zvolle”nin yetirməsi olan Stiven Pereyra Niderland əsilli olsa da, 2017-ci ildən Kabo-Verde yığmasına çağırılır. Onun son klubu CAR təmsilçisi “Maritzburq Yunayted” olub.
Qeyd edək ki, “Sumqayıt” buna qədər Vüsal İsgəndərli ilə müqavilə imzalayıb.
- "Qarabağ" və "Sabah"ın təxirə salınan oyunlarının tarixi açıqlanıb
- Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib - FOTOLAR
- FIFA prezidenti Canni İnfantino Bakıya gəlib
- AFFA-nın təşkilatçılığı ilə skautinq mövzusunda seminar keçirilib
- Kamal Quliyevlə razılıq alınmadı – “Xankəndi” Röyal Nəcəfovu seçdi