Kamal Umudlu Avropa çempionatının final mərhələsində
16.05.2025 - 17:52

FIFA referisi Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, azərbaycanlı ədalət təmsilçisi 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarında ehtiyat hakim olacaq.
Avropa çempionatı mayın 19-dan iyunun 1-dək 8 komandanın iştirakı ilə Albaniyada təşkil ediləcək.
0
0