“Karvan” transferlərə start verdi: İLK HƏDƏF ODUR
11.05.2025 - 16:38
Yeni mövsümdən Misli Premyer Liqasında mübarizə aparacaq "Karvan" transfer çalışmalarına start verib.
Apasport.az saytına verilən məlumata görə, Yevlax təmsilçisi müdafiə xəttini yerli oyunçu ilə gücləndirməyi planlaşdırır.
Ötən mövsüm II Liqada çıxış edən "Şəfa"da mübarizə aparan Zahid Mərdanov "Karvan"a keçə bilər.
Kənan Kərimov "Kəpəz" və "Şamaxı"da Premyer Liqa təcrübəsi olan müdafiəçini sərəncamında görmək istəyir.
Mövsüm başa çatdıqdan sonra Mərdanovun "Karvan"a keçib-keçməyəcəyi dəqiqləşəcək.
- Kaxaber Tsxadadze: “Futbolçular hələ çempionatın səviyyəsini dərk etməyib”
- Zaur Həşimov: “Məqsədimiz Premyer Liqada qalmaqdır”
- “Şəfa” Qəbələ səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
- Xose Manuel Armada Zarko: "Sabahın Ulduzları" müxtəlif komandaları görmək üçün əlverişlidir"
- Toralın komandasından məğlubiyyət
1
0