“Karvan-Yevlax”dan ayrıldı, Azərbaycanda qaldı - LEGİONERİN TALEYİ BƏLLİ OLDU
02.02.2026 - 09:13
"Karvan-Yevlax"la yollarını ayıran Nika Çaçaşvilinin taleyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, onun yeni klubu müəyyənləşib.
Futbolçu karyerasını I Liqada davam etdirəcək. "Mingəçevir" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatıb.
Bunu klubun mətbuat xidməti açıqlayıb. Tərəflər arasında rəsmi müqavilə imzalanıb.
0
0