“Karvan-Yevlax”ın futbolçuları milli komandalarda
12.03.2026 - 16:54
"Karvan-Yevlax"ın üç legioneri milli komandaya dəvət olunub.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Samuel Durant Şri-Lanka, Coy Sleyd Mikels Ruanda, Pedro Mateus isə San Tome və Prinsipi milli komandalarına çağırılıb.
Şri-Lanka millisi martın 31-də Asiya kubokunun seçmə mərhləsinin 3-cü turunda səfərdə Çin Taypeyi ilə qarşılaşacaq.
Ruanda millisi martın 27-də “FİFA Series – 2026” turnirində Qrenada ilə üz-üzə gələcək.
San Tome və Prinsipi millisi isə Afrika Millətlər Kubokunun seçmə mərhələsində Efiopiyanı qəbul edəcək.
0
0