"Karvan"ın sabiq futbolçusu İran klubunda
28.07.2025 - 10:29

“Karvan”ın sabiq futbolçusu Aref Məhəmmədəlipurun taleyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, o, karyerasını İranda davam etdirəcək.
Müdafiəçi II Liqa təmsilçisi “Şenavar Sazi”yə transfer olunub.
24 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Məhəmmədəlipur ötən mövsüm Yevlax klubunun şərəfini qoruyub.
0
0