
"Səhvlərimizi inkar etmək olmaz. İşləməli olduğumuz bəzi məqamlar var".
Apasport.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze klubun rəsmi saytına açıqlamasında deyib.
O, I Liqanın IX turunun “Cəbrayıl”la görüşünü dəyərləndirib: “Futbolçular çox yaxşı çalışdılar. Müdafiədə etibarlı oynadıq. Ən vacibi isə qol buraxmadıq. Hücumda da çox yaxşı imkanlarımız oldu. Matç başa çatdıqdan sonra futbolçularıma təşəkkür etdim. Gördükləri işi çox yüksək qiymətləndirirəm. Lakin dayanmadan çalışmaq lazımdır. Çünki bizim məqsədimiz daim irəli getməkdir. Yolumuz uzundur”.
Baş məşqçi komandanın lider kimi başa vurduğu I dövrə barədə də fikirlərini bildirib: “Birinci dövrəni məğlubiyyətsiz başa vurduq. Həmçinin qol da buraxmadıq. Həmişə çalışmışıq ki, müdafiədə etibarlı oynayaq. Lakin bu, hələ birinci dövrədir. Nəticə bizi aldatmalı deyil. Qarşıda hələ 2 dövrə olacaq. Məqsədə çatmaq üçün daha çox çalışmalıyıq".
Qeyd edək ki, “Qəbələ” ev oyununda 2:0 hesablı qələbə qazanıb.
- Ayxan Abbasov: “Gələn il gənc futbolçuların oynaması çətin olacaq”
- “Araz-Naxçıvan” "Şamaxı" ilə bacarmadı - YENİLƏNİB
- Referimiz Niderland - Xorvatiya oyununa təyinat alıb
- Azərbaycanın U-19 millisinin toplanış üçün heyəti açıqlanıb
- Uşaq futboluna qənim kəsilən AFFA-nın virusları: Yadullayevlər, Abdullayevlər...