“Kəpəz” 40-cı böyükhesablı səfər məğlubiyyətini alıb
26.05.2025 - 10:34

“Kəpəz” Azərbaycan çempionatlarında 40-cı böyükhesablı səfər məğlubiyyətini alıb.
Apasport.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XXXVI turuna təsadüf edib. Gəncə təmsilçisi “Turan Tovuz”la Qərb derbisində 4 cavabsız qol buraxıb. “Kəpəz” bunadək 39 dəfə rəqib meydanında 3 və ya daha çox top fərqi ilə uduzmuşdu.
İlk belə məğlubiyyət 1995/96 mövsümündə yaşanıb. 1995-ci il sentyabrın 10-da “Qarabağ”la görüşdə 0:3 hesablı yenilgi qeydə alınıb.
“Kəpəz” səfərdəki böyükhesablı nəticə sayında antirekordçudur. “Turan” 36, “Şahdağ” (Qusar) 35, “Qəbələ” 32 belə məğlubiyyət alıb.
- Ramin Quliyev: "Sabah" üçün son şansdır, amma dünyanın sonu da deyil"
- AFFA rəsmiləri Rumıniyada Beynəlxalq Tərəfdaşlar Görüşündə iştirak ediblər
- "Sabah" "Başakşehir" və "Qaziantep"i məğlub edib
- “Araz-Naxçıvan” daha 2 futbolçusu ilə müqavilə yeniləyib
- Azərbaycan kubokunun final oyununun vaxtı müəyyənləşib
0
0