"Kəpəz"də ayrılıq - RƏSMİ
02.07.2026 - 14:53
"Kəpəz"də ayrılıq - RƏSMİ

"Kəpəz" futbolçu Fərid Nəbiyevlə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, Fərid Nəbiyev ötən mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 34 matça çıxıb və 4 qolla yadda qalıb.