“Kəpəz”də struktur dəyişikliyi
06.03.2026 - 15:47
“Kəpəz”də struktur dəyişikliyi

"Kəpəz" futbol klubunda struktur dəyişikliyi həyata keçirilib.

Apasport.az xəbər verir ki, bunu Gəncə təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Klubun infrastruktur rəhbəri Ruslan Məmmədov icraçı direktor vəzifəsinə təyin olunub.

Akademiyanın administratoru Fərid Heydərov isə infrastruktur meneceri kimi fəaliyyət göstərəcək.