“Kəpəz”dən növbəti transfer
31.07.2025 - 09:55

“Kəpəz” növbəti transferini açıqlayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Fərid Nəbiyev yenidən Gəncə təmsilçilərinin şərəfini qoruyacaq.
26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Fərid ilk dəfə 2022/2023-cü illər mövsümündə "Kəpəz"in şərəfini qoruyub. O, həmin mövsümdə 30 çempionat oyununda 4 qol vurub və 7 ötrümə verib.
Qeyd edək ki, Nəbiyevin son klubu "Səbail" olub.
0
0