“Kəpəz”dən yeni transfer
14.07.2026 - 10:42
“Kəpəz”dən yeni transfer

"Kəpəz" yay fasiləsində ilk transferini reallaşdırıb.

Apasport.az xəbər verir ki, Gəncə təmsilçisi keçmiş qapıçısı Rojerio Santosu heyətinə qatıb.

Portuqaliyalı qolkiperlə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 27 yaşlı Santos "sarı-göylər"in heyətində 2024-2025-ci illər mövsümündə çıxış edib.