Kökçü oynadı, komandası heç-heçə etdi
17.08.2025 - 22:58
Kökçü oynadı, komandası heç-heçə etdi

Erediviziyada II tur davam edir.

Apasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozan Can Kökçü də meydana çıxıb.

Onun şərəfini qoruduğu “Volendam” səfərdə “AZ Alkmaar”la qarşılaşıb. Göraş 2:2 hesabı ilə nəticələnib.

Kökçü meydana start heyətində çıxıb. O, 61-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki,  “Volendam” 2 xalla turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.