Kolumbiyalı ÇL tarixinə düşdü: FALKAONU GERİDƏ QOYDU
25.02.2026 - 10:24
Kolumbiyalı ÇL tarixinə düşdü: FALKAONU GERİDƏ QOYDU

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Nyukasl”a 2:3 hesabı ilə məğlub olub.

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisinin heyətində Kamilo Duran bir qolla yadda qalıb.

24 yaşlı hücumçu bununla da Çempionlar Liqasında qollarda birbaşa iştirak sayını 6-ya çatdırıb (5 qol, 1 assist).

Forvard vaxtilə “Çelsi”, “Monako” və “Portu” klublarında çıxış etmiş həmyerlisi Radamel Falkaonu geridə qoyaraq turnir tarixində ən çox qolda birbaşa iştirak edən kolumbiyalı futbolçu olub.

Xatırladaq ki, ulduz hücumçu 2016/17-ci illər mövsümündə "Monako" forması ilə çıxış etdiyi 8 oyunda 5 qolla yadda qalmışdı.

Qeyd edək ki, Duran mövsümün əvvəlində “Qarabağ”a transfer olunub.