Konate “Zirə”də - RƏSMİ
28.05.2025 - 18:24
Konate “Zirə”də - RƏSMİ

“Zirə” yeni futbolçu ilə anlaşıb.

Apasport.az xəbər verir ki, klub Brahim Konateni heyətinə qatıb.

Fransalı yarımmüdafiəçiylə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu karyerası ərzində ölkəsinin “Oser”, “Nor”, İspaniyanın “Fuenlabrada”, “Rayo Mayadahonda”, Litvanın “Kauno Jalgris” və İsrailin “Hapoel” (Afula) klublarında çıxış edib. Konate son olaraq ölkəmizdə “Şamaxı”da çıxış edib.