
UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində "Zirə" və "Sabah"ın oyunlarını idarə edəcək hakimlər bəlli olub.
Apasport.az xəbər verir ki, "Zirə"nin Xorvatiya təmsilçisi "Osiyek"lə ilk matçının baş hakimi yunanıstanlı Aristotelis Diamantopoulos olacaq.
"Dalğa Arena"dakı cavab görüşünü isə avstriyalı Xulian Veinberger idarə edəcək.
"Sent-Patriks Atletik” və "Sabah" arasındakı ilk qarşılaşmanı islandiyalı Vilhjalmur Thorarinsson idarə edəcək. Bakıdakı cavab oyununda isə rumıniyalı Marsel Birsan iş başında olacaq.
Qeyd edək ki, III təsnifat mərhələsinin ilk matçları 8 avqustda, cavab görüşləri isə avqustun 15-də gerçəkləşəcək.
- Bu klublara avrokuboklarda iştirak üçün lisenziya verilib
- Lisenziya Komissiyası "Qəbələ", "İmişli" və "Karvan" barədə qərar verdi - Yeni mövsümdə...
- “Qarabağ” “Araz Naxçıvan”ı darmadağın etdi – 12:0
- Latviya - Azərbaycan oyununun biletləri satışa çıxarılıb
- Leandro Qomeş: "Azərbaycanın “Karvan” kimi klublara ehtiyacı var"