Konfrans Liqası: “Zirə” - "Hayduk” oyununun hakimləri bəlli olub
11.07.2025 - 18:29
Konfrans Liqası: “Zirə” - "Hayduk” oyununun hakimləri bəlli olub

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə” və Xorvatiyanın "Hayduk” komandaları arasında Bakıda keçiriləcək ilk oyunun hakimləri müəyyənləşib.

Apasport.az xəbər verir ki, matçda ədaləti Yunanıstandan olan hakimlər briqadası qoruyacaq.

Baş hakim Xristos Varqetisə Andreas Fotopulos və Konstantinos Staykos kömək edəcəklər. Dördüncü hakim funksiyasını Anastasios Papapetru yerinə yetirəcək.

Qeyd edək ki, komandalar arasında ilk qarşılaşma iyulun 23-də Bakıda, cavab görüşü isə 31-də Spilitdə gerçəkləşəcək.