Koxalski Polşa yığmasına çağırılıb
11.11.2025 - 11:34
Koxalski Polşa yığmasına çağırılıb

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Polşa yığmasına çağırılıb.

Apasport.az xəbər verir ki, bu barədə Polşa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Koxalski zədələnən qolkiper Lukaş Skorupskinin əvəzinə yığmaya dəvət alıb.

Polşa millisi noyabrın 14-də evdə Niderland, 17-də isə səfərdə Malta futbolçuları ilə üz-üzə gələcəklər.