
Misli Premyer Liqasının VI turunun “Sabah” - “Turan Tovuz” matçından (2:2) sonra meydan sahiblərinin baş məşqçisi Krunoslav Renduliçin mətbuat konfransı keçirilib.
"Turan Tovuz" həqiqətən də çox yaxşı komandadır. Bu gün öz səviyyəmizdən aşağı çıxış etdik. İlk yarıda daha səbrli və aqressiv oynamalıydıq. Azarkeşlər bu gün yaxşı oyun izlədilər. Hər iki komanda qalib gəlmək istəyirdi. 3 xal qazanmaq istəyirdik. Amma oyundan sonra 1 xala da məmnun olmalıyıq".
- Hesabda önə keçəndən sonra komandanız müdafiəyə çəkildi. Bunun səbəbi nə idi?
- Sizinlə razıyam. Amma mən belə tapşırıq verməmişdim. Daha çox topa sahib olmaqlarını istəyirdim. Bəzi məqamlarda daha yaxşı oynamalıydıq.
- Qəbul edirsiz ki, müdafiə xəttində problem var?
- Haqlısız. Amma qola qədər ardıcıl 5 səhvimiz var idi. Təkcə müdafiəçini günahlandıra bilmərik. Yaxşı reaksiya vermədik.
- Azərbaycanda daha bir stadion təmirə bağlanır - EKSKLÜZİV
- "Turan" FK-a məxsus Hünər təlim-məşq bazasının ilk təbii örtüklü meydançasının açılışı olub - VİDEO
- Ehtiram Quliyev: "Bu, komandamızın nailiyyətləri üçün önəmli mərhələdir"
- Aqil Nəbiyev: "Uşaqlar buna görə əziyyət çəkirlər"
- Milan Antiç: “Qəbələ” layiq olduğu yerə qayıtdı"- Müsahibə