Kurban Berdıyev: “Heç nədən qol buraxdıq”
07.04.2026 - 17:35
Kurban Berdıyev: “Heç nədən qol buraxdıq”

Misli Premyer Liqasının XXVI turunda "Turan Tovuz" "İmişli" ilə qarşılaşıb - 1:1.

Apasport.az xəbər verir ki, matçdan sonra qərblilərin baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.

"Birinci hissədə çox pis oynadıq. İlk yarının son dəqiqələrində demək olar ki, heç nədən qol buraxdıq. İkinci hissədə bir qədər aktivliyimizi artırdıq. Amma ikinci qolu vurmaq üçün bəzi şeylər çatmadı. Təəssüflər olsun ki, çox vacib xallar itirdik".