"Turan Tovuz" Misli Premyer Liqasının XIX turunda "Azerson Arena"da "Karvan-Yevlax"ı 1:0 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, meydan sahiblərinin baaş məşqçisi Kurban Berdıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Öncə kubok oyunundakı davranışıma görə azarkeşlərdən üzr istəyirəm. Emosiyalara qapılmağın nəticəsi idi. Oyuna gəldikdə isə, əlimizə düşən fürsətləri dəyərləndirə bilmədik. İkinci qolu vursaydıq, oyunu öz istədiyimiz kimi keçirərdik. Buna görə oyunun sonları dramatik alındı".
- İbrahima Vadji qol vura bilmir. Onun performansı sizi qane edir?
- Əsas odur ki, təhlükəli vəziyyətlər yaradır. Mən ona inanıram. Əminəm ki, qol vuracaq.
- Qapı xəttindəki dəyişikliyin səbəbi nə idi?
- Əsas qapıçımız Oleq Baklov zədəlidir. Kim güclü olacaqsa, o da oynayacaq.