Misli Premyer Liqasının XII turunun "Araz-Naxçıvan" - "Turan Tovuz" (1:1) matçından sonra qonaqların baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
"İki fərqli hissə oldu. Fasilədən sonra daha yaxşı oynadıq. Təəssüf ki, qalib gələ bilmədik".
– Sanki hakimlikdən narazı idiniz…
– Baş məşqçilərə bu haqda suallar verirsiniz. Hakimlikdən danışanda nəsə dəyişir? Dəyişmirsə, danışmağa ehtiyac yoxdur.
– Komandanın ikinci sırada olmağı sizi razı salır?
– Turnir cədvəlinə baxmırıq. Oyundan-oyuna diqqət edirik.