Kurban Berdıyev: “Qələbəyə layiq idik”
28.09.2025 - 19:54
Kurban Berdıyev: “Qələbəyə layiq idik”

Misli Premyer Liqasının VI turunun "Turan Tovuz" - "Kəpəz" matçından (1:1) sonra meydan sahiblərinin baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis oyunla bağpı fikirlərini bölüşüb:

"Bu gün futbolçular oyuna yaxşı köklənmişdilər. Ciddi səhv etmədən oynadılar. Bu gün qələbəyə layiq idik".

- İbrahima Vadjinin əsas heyətdə möhkəmlənməsinə nə mane olur?
- Xəstə idi. Məşq etməmişdi. Funksional formasından razıyıq. Təəssüf ki, məşqi buraxmışdı.

- Komandanız liderliyə yüksəldi. İndiki durumda futbolçularınızdan razısız?
- Digər komandalar kimi bizdə də müəyyən məsələlər var. Biz də digər komandalarla mübarizə aparacağıq. Vaxt var. Çalışmalarımıza davam edəcəyik.

- Bu gün Faiq Hacıyev yox, sağ cinahda Xorxe Silva oynadı, yaxşı da performans göstərdi. Faiqi qarşıdakı turlarda ehtiyat skamyada görə bilərik?
- Bizdə kim güclüdürsə, o da oynayacaq. Şükür Allaha hazırda komandamız yaxşıdır. Oyunçularımız kifayət qədər var. Kim yaxşı olacaqsa, o da meydana çıxacaq.