Misli Premyer Liqasının IX turunun "Karvan-Yevlax" - "Turan Tovuz" matçından (1:2) sonra qonaqların baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:
"Çox çətin oyun oldu. Bilirdik ki, "Karvan-Yevlax" əks-hücumlarda təhlükəlidir. Onlardan biri qolla nəticələndi. Uşaqlara təşəkkür etmək istəyirəm, geridönüş edə bildilər".
- Komandanın oyunu sizi qane etdi?
- Tam olaraq yox. Səhvlərimiz üzərində işləyəcəyik. Qələbə bizim üçün çox vacib idi.
- Rəhim Sadıxovun start heyətində meydana çıxması nə dərəcədə doğrudur?
- Rəhim yaxşı məşqlər etmişdi. Ümumiyyətlə, keçən oyunda da yaxşı çıxış etmişdi, ona görə də, seçimimiz onun üzərində oldu.