“Qarabağ”la oyunda iştirakım çox yaxşı olardı”.
Apasport.az saytının məlumatına görə, bunu “Frayburq”un hücumçusu Roland Şallay “kicker” nəşrinə müsahibəsində deyib.
Sentyabrın əvvəlində gözündən aldığı zədə səbəbindən həmin vaxtdan futboldan kənarda qalan Macarıstan millisinin üzvü artıq “Frayburq”un ikinci komandasında oyunlara çıxmağa başlayıb. 25 yaşlı forvard Avropa Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”la Bakıda keçiriləcək matçda dönüşünü qeyd etmək arzusundadır: “Baş məşqçi ilə bu barədə danışmışam. Ümid edirəm ki, heyətə salınaram və 10-15 dəqiqə oynayaram. Yəqin ki, uzunmüddətli fasilədən sonra bundan artığını etmək çətin olar”.
Qeyd edək ki, noyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Frayburq” matçı saat 21:45-də başlayacaq.
- Bakıda “Formula 1” rekordu: XARİCİ QONAQLARIN SAYI 16 MİNİ KEÇDİ
- Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd olunub - FOTO
- Mahir Emreli azarkeşlərə səsləndi: “Gəlib bizi dəstəkləsinlər”
- “Qəbələ” iki yoxlama matçı keçirəcək - RƏSMİ
- Vüsal İsgəndərli: "Biz də istəyirik ki, qol vuraq, amma..."