
2025/26 mövsümü üçün heyət çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.
Apasport.az xəbər verir ki, komanda son olaraq İsrailin "Bney Saxnin" klubunda çıxış etmiş Aleksandr Ramalinqom ilə 1+1 illik müqavilə imzalayıb.
32 yaşlı madaqaskarlı hücumçu "Sumqayıt"ın heyətində "9" nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, Aleksandr Ramalinqom ölkəmizdə daha öncə "Səbail"in də formasını geyinib. O, Madaqaskar millisinin heyətində 8 oyun keçirib.
***
20:04
"Sumqayıt" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda Aleksandr Ramalinqomu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı madaqaskarlı hücumçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Ramalinqom 2023/24 mövsümündə "Səbail"in şərəfini qoruyub.